Qırmızı.az
Bakıda peşəkar idmançıların kütləvi davası: yaralılar var
Ötən gün saat 15:30-da Bakının Xətai rayonunda kütləvi dava baş verib. Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Nəsrəddin Tusi küçəsi 19 saylı binanın qarşısında baş verib.
Mübahisə zaman 1977-ci il təvəllüdlü Azər Akif oğlu Cəfərov, onun
qardaşı, 1986-cı il təvəllüdlü Aslan Cəfərov və 1970-cu il
təvəllüdlü Telman Saleh oğlu Nuriyev bıçaqlanıblar. Yaralılar ağır
vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Azər
Cəfərovun vəziyyəti daha ağırdır.
Araşdırmalar zamanı hər 3 nəfərin 1988-ci il təvəllüdlü Cavidan
Bayram oğlu Qorçuyev tərəfindən bıçaqlanması məlum olub.
Qeyd edək ki, dava iştirkaçıları peşəkar idmançılardır. Cavidan
Qorçuyev kikboksinq üzrə Azərbaycan yığmasının heyətində dünya
çempionatında medal qazanıb.
Davanın səbəbinə gəlincə, ilkin ehtimala görə, mübahisə
idmançıların uğur qazanması sahəsində yaranan mübahisə olub. Kimin
daha yaxşı nəticə qazanması barədə yaranan mübahisə zamanı söyüş
işlədilib. Bu zaman mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə qan
tökülüb.
Faktla bağlı araşdırma aparılır.
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO