Temperatur enəcək
Bizi izləyin

Qırmızı.az

Temperatur enəcək

Azərbaycanda küləkli hava şəraiti hökm sürəcək, temperatur 2-3 dərəcə enəcək. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.


Məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi güclənəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında avqustun 7-də hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə lokal xarakterli qısamüddətli az yağış yağacaq, qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm