Bakıda kişi küçənin ortasında döyüldü
Bizi izləyin

Qırmızı.az

Bakıda kişi küçənin ortasında döyüldü

Nəsimi rayonunda xuliqanlıq hadisəsi baş verib.

Rayon Polis İdarəsinin rəis müavini Nadir Aslanovun Publika.az-a verdiyi məlumata görə, Bakı şəhər sakini Elxan Qəhrəmanı küçənin ortasında vəhşicəsinə döyülərək kəllə-beyin travması və bədənin müxtəlif hissələrindən aldığı əzilmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisədən xəbər tutan 19-cu polis bölməsinin əməkdaşları axtarış tədbirlərinə başlayıblar. Müəyyən edilib ki, Elxan Qəhrəmanı döyən şəxs Bakı şəhər sakini Həsən Əhmədovdur. O, istintaqa ifadəsində Elxan Qəhrəmana hücum etdiyini etiraf edib. Bildirib ki, onu çoxdan tanıyır və aralarında mübahisələri olub. Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Saxlanılan şəxsin əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm