Qırmızı.az
Bu dəfə də müğənni “avtoş”luq elədi: sürət 210 km/saat - (Video)
Sosial şəbəkələrdə və mətbuatda sükan arxasına keçəndən sonra hər şeyi unudub sürət həddini aşan məmur və oliqarx balaları haqda dəfələrlə məlumatlar görmüşük. Onlar maşını yüksək sürətlə idarə edir, yollarda “avtoş”luq edir, digər insanların həyatına təhlükə yaradırlar. Bu hərəkətlərini də əks etdirən görüntüləri lentə alıb sosial şəbəkələrdə paylaşırlar.
Virtualaz.org saytı xəbər verir ki, daha bir belə video yayılıb. Sürət həddini aşan, “avtoş”luq edən bu dəfə məmur və ya oliqarx balası deyil, qazancı toyxanalardan çıxan müğənnilərdən biridir.
Sosial şəbəkələrdə müğənni Kərim Abbasovun avtomobilini yüksək sürətlə idarə etməsini əks etdirən görüntü yayılıb. Müğənni avtomobilini saatda 210 km sürətlə idarə edir. Hələ bu da azmış kimi müğənni deyir: “Ulduz oldun belədir. 200-lə getmək lazımdır”.
Müğənni “ulduz” olduğu üçün saatda 200-lə gedir. Amma bilmir ki, bu sürət həddini aşmaq qəti şəkildə qadağandır. Bu sürət ya bu “ukduz”un özünü, ya da həmin yolda hərəkət edən digər şəxslərin “ulduzunu söndürə” bilər...
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO