Azərbaycanda asfaltın keyfiyyəti ölçüləcək - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda asfaltın keyfiyyəti ölçüləcək - FOTOLAR

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi asfaltın keyfiyyətini müəyyən etmək üçün səyyar sınaq laboratoriyanı istifadəyə verib. Ölkəmizdə ilk belə bir laboratoriyanın qurulmasında məqsəd asfalt-beton qarışığı məhsullarının keyfiyyətinə nəzarətlə bağlı işləri sürətləndirməkdir.

Bu barədə Publika.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Respublikada çəkilmiş və çəkilməkdə olan asfalt yollarının keyfiyyət göstəricilərini operativ və yerində müəyyən etmək üçün Komitənin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) tərəfindən asfaltın sınağı üzrə səyyar laboratoriya alınıb istifadəyə verilib. Laboratoriyada qurulmuş ən müasir texnoloji avadanlıqlar vasitəsilə həm çəkilmiş, həm də çəkilməkdə olan yollarda asfalt-betonun keyfiyyətini bütün göstəricilər üzrə müəyyən etmək, həmçinin yolun alt qatının – özülünün keyfiyyətini yoxlamaq mümkündür. Səyyar laboratoriyada asfalt-beton qarışığının və bu qarışıqda istifadə olunan materialların – bitum, qırma daş, çınqıl və mineral tozun da keyfiyyəti müəyyən olunacaq.

Laboratoriyada çalışan işçilər xarici ölkələrdə ixtisasartırma kursu keçərək, sınaq metodlarına dərindən yiyələniblər. Laboratoriya artıq ilk sınaqlarına başlayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm