Mübariz Mədətov: “Allah hər kəsin övladını qorusun” - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Mübariz Mədətov: “Allah hər kəsin övladını qorusun” - ÖZƏL

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətov son günlər cəbhə xəttində erməni təxribatının qarşısını dəf edərkən şəhid olmuş Azərbaycan hərbçilərinin ailələrinə başsağlığı verib.

M.Mədətov Publika.az-a açıqlamasında deyib: “Allahdan şəhidlərimizə rəhmət, onların ailələrinə isə səbir diləyirəm. Övlad itirmək nə qədər ağırdırsa, şəhid valideyni olmaq da bir o qədər şərəflidir. Onların övladları qəhrəmandır, torpaqlarımız uğrunda şəhid olublar. Allah hər kəsin övladını qorusun, Azərbaycan dövlətini və xalqını bəlalardan uzaq etsin”.

M.Mədətov erməniləri çox qəddar və qədirbilməz xalq olduğunu söyləyib: “Mən vaxtilə gəmi kapitanı işləyərkən erməni xislətinə bələd olmuşam. O vaxt ermənilər gəlib bizə yalvarırdı, kömək istəyirdi. Bizim də onlara yazığımız gəlirdi, ermənilərə kömək edirdik. Ancaq sonra həmin ermənilər istədiklərinə nail olandan dərhal sonra bizə qarşı çıxırıdılar. Ona görə də ermənilərə qəti aman vermək lazım deyil. Onlar qədirbilməz tayfadır”.

M.Mədətov Azərbaycanın Ali Baş Komandanı-Prezident İlham Əliyevin hər zaman orduya, hərbçilərə böyük diqqət və qayğı göstərdiyini söyləyib:

“Cənab Prezidentin sayəsində Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Biz bu güclü ordu ilə istədiyimiz zaman torpaqlarımızı düşməndən azad etməyə qadirik və İnşallah, azad edəcəyik də. O günlər çox uzaqda deyil. İnşallah Ali Baş Komandanımızın qətiyyətli iradəsi və uğurlu siyasəti nəticəsində Qarabağ və digər torpaqlarımız da erməni işğalından azad olunacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm