Zəlzələdə ölənlərin sayı 589-a çatdı (FOTO)
Bizi izləyin

Qırmızı.az

Zəlzələdə ölənlərin sayı 589-a çatdı (FOTO)

Çinin Yunnan əyalətində baş vermiş zəlzələ qurbanlarının sayı bu günə olan məlumatlara görə 589 nəfərə çatıb.

ANS PRESS-in məlumatına görə, həmçinin indiyədək doqquz nəfər itkin düşən hesab edilir. Bu haqda Çin Xalq Respublikasının vətəndaş administrasiyası nazirliyi xəbər yayıb.

Yerli KİV-nin məlumatına görə, yeraltı təkanlar 12 mindən çox evi dağıdıb və hələ təxminən üç min yaşayış tikintisinə zərər vurub. Ancaq hökümət zərərin ölçüsünü hələ hesablamayıb.

Rixter şkalası üzrə 6,5 bal gücündə zəlzələnin baş verdiyi Çində axtarışlar hələ də davam edir. Zəlzələnin baş verdiyi Yunnan əyalətində ölənlərin sayının artacağı gözlənilir. Xəsarət alanların sayı isə 1800-dən çoxdur.

Dağıntılar altında yüzlərlə insanın qaldığı ehtimal edilir. Fəlakət zonasında minlərlə xilasedici işləyir. Çinin dövlət telekanalı dağlıq ərazilərdə zəlzələnin səbəb olduğu torpaq sürüşmələri nəticəsində dağılmış yolların və yaşayış məntəqələrinin kadrlarını yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm