Gürcüstandan avtomobillərin Azərbaycana daxilolma qaydaları - Rəsmi
Bizi izləyin

Qırmızı.az

Gürcüstandan avtomobillərin Azərbaycana daxilolma qaydaları - Rəsmi

Avqustun 15-dən etibarən Azərbaycanda qüvvəyə minən yeni standartlara əsasən, “Avro 4” standart sertifikatı olmayan maşınlar yalnız sürücünün avtomaşının dəyərinin 44%-ni sərhəddə qoyduğu təqdirdə ölkəyə daxil ola biləcək.

Axar.az “Turan”a istinadən xəbər verir ki, ““Avro 4” standartı olmayan avtonəqliyyat vasitələri Azərbaycana yalnız o halda buraxılacaq ki, sərhədi keçərkən avtomobil sahibləri onun dəyərinin 30-40%-i ölçüsündə zəmanət məbləği ödəsin”, deyə Gürcüstan DİN-in məlumatında bildirilir.

Bu pullar Azərbaycandan qayıdarkən qaytarıla bilər.

Bundan başqa, Azərbaycan vətəndaşının Avro 4 standartına uyğun olmayan avtomobilin ölkə ərazisində olmasına görə məsuliyyəti öz üzərinə götürməsi barədə yazılı razılığı da zəruri şərtlərdən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm