Qırmızı.az
Cəlilabadda insident yaşandı (FOTO)
Cəlilabad rayon Yol Patrul Xidmətinin əməkdaşları rayon
ərazisində qanunsuz avtomobil idarə edən, eləcə də avtomobilin
müəyyən hissəsində sonradan dəyişiklər etmiş sürücülərə qarşı reyd
keçirərkən insident yaşanıb.
ANS PRESS-in məlumatına görə, bəzi sürücülər iddia edirlər ki, yol
polisləri onları saxlayaraq fiziki zor tətbiq ediblər. Bu isə
sürücülərlə Yol Patrul Xidmətinin əməkdaşları arasında mövcud
insidentin yaranmasına səbəb olub.
Sürücülər polisləri günahlandırsalar da yol polisləri də qarşı
tərəfi ittiham edib. Elə çəkiliş apardığımızı görən yol polisləri
nədənsə dərhal ərazidən uzaqlaşdılar.
Mövcüd hadisədə adı hallanan Cəlilabad rayon polis şöbəsinin Yol
Patrul Xidmətinin komandiri Yaşar Nağıyevdən açıqlama ala bilmədik.
Amma məlumdur ki, sürücülər yol hərəkəti haqqında qanunun
şərtlərinə riayət etməyə borclu olduqları kimi yol polisi
əməkdaşları da vətəndaşlarla sivil qaydada davranmalıdır ki,
sonradan bu kimi narazılıqlar baş qaldırmasın.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular