Siçanlar təyyarəni endirdi
Bizi izləyin

Qırmızı.az

Siçanlar təyyarəni endirdi

Hindistan hava yollarında maraqlı hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, Hindistanın adı açıqlanmayan hava yolları şirkətlərindən birinə məxsus təyyarələrdən biri Yeni Delhidən Kəlküttəyə səfər edərkən təhlükə baş verəcəyi qorxusu ilə geri qayıtmalı olub. Bu barədə “Times of India” qəzetinə avia-şirkət nümayəndələrindən biri xəbər verib.

O, xəbərdə bildirib ki, təyyarə havaya qalxdıqdan sonra pilot kabinəsində siçan olduğu aşkar edilib.

"Əgər siçanlar təyyarədə elektrik naqillərini gəmirərək zədələsələr, qəza baş verə bilərdi. Buna görə də pilotlar sərnişinləri təhlükəyə atmaqdan çəkiniblər." - deyə şirkət nümayəndəsi məlumat verib.

Qeyd edək ki, qida qoxusuna gələn siçanların təyyarədə olması ilk hal deyil. Hindistanda bu ilin fevralında və 2009-cu ildə də buna oxşar hal baş vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm