Narkotik satan dəstə zərərsizləşdirildi
Bizi izləyin

Qırmızı.az

Narkotik satan dəstə zərərsizləşdirildi

Narkotik maddələrin istifadəsində və satışında təqsirli bilinən 6 nəfərdən ibarət dəstə üzvü tutulub. Abşeron Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, Emin Əliyev, Elbrus Hüseynov, Əli Zahirov, Hüseyn Quliyev, Əli Qəribov və Kənan Əzimovdan şəxsi istehlak miqdarından artıq heroin və marixuana aşkar edilib.

Əvvələər də analoji cinayətə görə həbs olunan dəstə üzvləri narkotikə meylli oluqlarını da gizlətməyiblər. Dəstə üzvlərindən Emin Əliyev narkotiki tanlmadıqları şəxslərdən aldıqlarını deyib.

“Narkotiki çoxdan istifadə edirik. Hətta bir dəfə də buna görə həbs olunmuşuq. Şəxsən mən cox peşmanam. Amma o zəhərdən əl çəkə bilmirəm. İt kimi peşmanam buna aludə olmağıma”.

Dəstə üzvləri barəsində Abşeron Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm