Təcili tibbi yardım maşını qəza törətdi (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Təcili tibbi yardım maşını qəza törətdi (VİDEO)

Bakıda Təcili tibbi yardım maşını qəzaya uğrayıb. Hadisə Suraxanı rayonunda qeydə alınıb. ANS TV-nin məlumatına görə, hadisə gecə aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində 4 avtomobilin toqquşması nəticəsində baş verib.


Qəza zamanı “Daewoo” markalı avtomaşın əvvəlcə təcili tibbi yardım maşınının qarşısına çıxıb. Bu zaman idarəetməni itirən təcili tibbi yardımın sürücüsü maşını “Daewoo”nun arxa hissəsinə çırpıb. Bundan sonra isə arxada hərəkətdə olan başqa bir “Mercedes” və BMW markalı nəqliyyat vasitələri də təcili tibbi yardım maşınına çırpılıb.


Hadisədən sonra digər nəqliyyat vasitələrinə o qədər də ciddi ziyan dəymədiyi üçün onlar yollarını davam etdiriblər. Hadisə yerinə isə Suraxanı rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları cəlb edilib.


Qəzaya düşən təcili tibbi yardım avtomaşını Lerik rayon Təcili Tibbi Yardım Stansiyasına məxsusdur. Həkim briqadası bu avtomobillə Lerik rayonundan ağır bir xəstəni paytaxtdakı xəstəxanalardan birinə gətirirmiş.


Hadisənin səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm