Səfir prezidentlərin Soçi görüşündən DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Səfir prezidentlərin Soçi görüşündən DANIŞDI

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu həftə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı məsələyə münasibət bildirib.

Səfir E.Əmirbəyov Publika.az-a açıqlamasında deyib ki, prezidentlərin görüşü ilə bağlı məsələdə səfirlik iştirak etmir:

“Ona görə də mən səfir kimi bu prosesdə içtirak etmirəm və məlumatlı deyiləm. Adətən, bu məsələ ilə birbaşa həmsədrlərin özləri işləyir. Bu görüşlə bağlı da Fransa tərəfindən ATƏT-in Minsk qrupunun bu ölkədən olan həmsədri məşğul olur. Ona görə də mənim bu görüşün detalları ilə bağlı məsələdən məlumatım yoxdur”.

Xatırladaq ki, Ermənistanın baş naziri Ovik Abramyan avqustun 8-də və ya 9-da Rusiyanın Soçi şəhərində Ermənistan prezidenti Serj Sərkisyan və Azərbaycan prezidenti İlham Əliyev arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların aparılması üçün görüşün keçiriləcəyini bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm