Qırmızı.az
Çimərliklərdə ehtiyatlı olun - XƏBƏRDARLIQ
Azərbaycanda küləkli hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a
bildiriblər ki, avqustun 8-də Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz
keçəcəyi gözlənilir. Şimal küləyi arabir güclənəcək.
Hava küləkli olduğundan Bakı çimərliklərində ehtiyatlı olmaq tövsiyə edilir.
Həftənin sonuna kimi Abşeron yarımadasında gözlənilən küləkli hava
şəraiti isti diskomfort temperatur fonunda müsbət amildir.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 22-27,
gündüz 31-36 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə
olunacaq. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək
çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb
küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 35-40,
dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı