Erməni təxribat-diversiya qrupu məhv edilib - Rəsmi Açıqlama
Bizi izləyin

Qırmızı.az

Erməni təxribat-diversiya qrupu məhv edilib - Rəsmi Açıqlama

Bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonunun Çinari kənd sakini, 1989-cu il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub.

Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm