Ermənilər Tovuzu atəşə tutur - Son Dəqiqə
Bizi izləyin

Qırmızı.az

Ermənilər Tovuzu atəşə tutur - Son Dəqiqə

Hazırda cəbhənin Tovuz rayonunun Ağbulaq kəndini Ermənistan Silahlı Qüvvələri atəşə tutur.

Aldığımız məlumata görə, ermənilər bu istiqamətdə Azərbaycan Ordusunun məhv etdiyi təxribat-diversiya qrupunun üzvlərinin meyitlərini götürmək üçün atəş açır. Ordumuz düşmənə layiqli cavab verir.

Qeyd edək ki, bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonunun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərfindən tutulub.

Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm