İlham Mirzəyevə hökm oxunacaq – Cinayət işi yekunlaşdı
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyevə hökm oxunacaq – Cinayət işi yekunlaşdı

“Tanınmış teleaparıcı İlham Mirzəyevə qarşı qaldırılan cinayət işinin istintaqı yekunlaşmaq üzrədir”. Bunu AzNews.az-a açıqlamasında teleaparıcının vəkili Adəm Məmmədov bildirib. Onun sözlərinə görə, aparıcıya qarşı qaldırılan cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılacaq: “Cinayət işi yekunlaşıb. Uzağı, 10-15 günə Nərimanov Rayon Məhkəməsinə göndəriləcək”.

A.Məmmədovun sözlərinə görə, Azərbaycan təcrübəsində belə cinayət işlərində ziyan ödəndikdə azadlıqdan məhrum etmə növündə cəza verilmir: “Həmin cinayətə görə 3 mindən 5 minə kimi cərimə və 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası verilir. Amma Mirzəyev qarşı tərəfə dəyən ziyanı, yəni 3 min manatı tam ödəyib. Bu üzdən məhkəmə prosesində hər şey ola bilər, yəni ziyan ödəndisə, barışıq sayılır”.

Qeyd edək ki, Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm