FHN Qəbələdə təlim keçirib
Bizi izləyin

Qırmızı.az

FHN Qəbələdə təlim keçirib

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti Qəbələ rayonu, Vəndam kəndi yaxınlığında çətin keçidli meşə massivində təlim keçirib.

ANS TV-nin məlumatına görə, təlimə xidmətin 59 nəfərdən ibarət şəxsi heyəti, 9 ədəd texnikası, 3 baş xüsusi təlim keçmiş it və Fövqəladə Hallar Nazirliyinin şimal-qərb regional mərkəzinin 10 xilasedicisi cəlb olunub.

Təlimin məqsədi komandir və rəis heyətinin dağ-meşə massivlərində axtarış və qəza-xilasetmə işlərinin təşkil edilməsi və rəhbərlik sahəsində təcrübəsini artırmaq, mürəkkəb relyefə malik ərazilərdə təbii xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin yerinə yetirilməsinin təşkili üzrə iştirakçıların vərdişlərini və praktiki bacarıqlarını təkmilləşdirmək, hərbi hissələrin və bölmələrin çətin keçilən ərazilərdə fövqəladə hadisə rayonuna yürüşü zamani praktiki vərdişləri mükəmməlləşdirmək olub.

Səhra çıxışı zamanı xilasedicilərə düşərgənin qurulması, mürəkkəb şəraitdə gecə və gündüz axtarış cihazları və xüsusi təlim keçmiş itləri tətbiq etməklə axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi, zərərçəkənlərin təxliyə edilməsi üçün müvafiq xilasetmə alət və avadanlıqdan istifadə edərək dağ çayları üzərindən keçidlərin qurulması və digər praktiki məşğələlər də keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm