Qırmızı.az
Dilqəm Əsgərovun ailəsi yenidən Vladimir Putinə müraciət etdi
Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin Rusiya vətəndaşı olan həyat yoldaşı Albina Veselova Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə bir daha müraciət edib.
Bu barədə Publika.az-a Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Müraciətdə iki ölkənin prezidentlərinin Soçi görüşündə bu problemin, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunmasına və Həsən Həsənovun meyitinin qaytarılmasını müzakirə və həll etmələrini xahiş ediblər.
Eyni zamanda, Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla görüşüb.
Görüşdə Ə.Həsənov BQXK-nın nümayəndəliyinin rəhbərinə bildirib ki, meyitin və girovların qaytarılması məsələsini Xankəndi ofisi ilə birlikdə daimi nəzarətdə saxlasınlar və bu sahədə öz fəaliyyətlərini gücləndirsinlər.
Dövlətqaçqınkom bir daha bildirir ki, bütün bu məsələlər ilk gündən Ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətindədir və bununla bağlı aparılan işlər haqqında mütəmadi məlumatlar verilir.
Görüşdən sonra Ə.Həsənov Həsən Həsənovun ailə üzvlərini qəbul edib.
Gülxar
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir