Qırmızı.az
Alim özünü asdı
Yaponiyanın aparıcı alimlərindən biri - kök hüceyrələri ilə bağlı qalmaqallı araşdırmanın həmmüəllifi 52 yaşlı Yoşiki Sasainin (Yoshiki Sasai) meyiti tapılıb. ANS PRESS-in məlumatına görə, polis alimin intihar etdiyini bildirib.
Yoşiki Sasai fizika və kimya araşdırmaları institunun bioloji
inkişaf mərkəzinin (RIKEN, Кобе) direktor müavini idi. O, yanvar
ayında "Nature" elmi jurnalında dərc edilən araşdırmanın
müəlliflərindən biri idi. Məqalənin birinci müəllifi Хаruko Obakata
da (Haruko Obokata) öz elmi araşdırmasında Sasai ilə eyni nəticəyə
gəlmişdi. Məqalələ geniş müzakirəyə və tənqid dalğasına səbəb
olmuşdu.
Araşdırmanın aparıcı müəllifi Obokata tənqidlərə baxmayaraq gəldiyi
nəticəni dəyişmək fikrində olmadığını, göstərilən yollarla STAP
hüceyrələrini almağın mümkün olduğunu bildirdi. Yoşiki Sasai isə
mətbuat konfransı keçirərək elmi araşdırmasını reallaşdırmadan bəzi
məqamlara aydınlıq gətirməyin mümkün olmadığını bəyan etmişdi.
Yoşiki Sasainin cəsədi 5 avqustda səhər saatlarında mühafizəçilər
tərəfindən aşkarlanıb. Alim RIKEN mərkəzinin binasında özünü
məftillə asıb. Həmçinin katibənin masasında və hadisə yerində
ölümqabağı yazdığı qeydlər tapılıb. Alim bu qeydlərdə utanc və
peşmanlıq hissləri keçirdiyini, eləcə də bu elmi işinə görə üzr
istədiyini bildirib.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik