Su maşını aşdı, sürücülər əlbəyaxa oldu
Bizi izləyin

Qırmızı.az

Su maşını aşdı, sürücülər əlbəyaxa oldu

Qaradağ rayonunda su maşını aşıb. Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisə Sahil qəsəbəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda baş verib.

Su maşınının sürücüsü 44 yaşlı Qoşqar Murtuzov idarəetməni itirərək qarşıda hərəkət edən “Kamaz”a çırpılıb. Nəticədə, su maşını aşıb, “Kamaz”ın isə ön hissəsini əzib. Su maşınının sürücüsü Qoşqar Murtuzov da yüngül xəsarət alıb.

Daha sonra hər iki sürücü hadisə yerində əlbəyaxa olublar. Belə ki, “Kamaz”ın sürücüsü digər sürücünü ehtiyatlı olmamaqda ittiham edib. Hadisə yerinə gələn yol polisi əməkdaşları araşdırmalara başlayıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm