"Sovetski"də içərisində uşaq olan evi bulduzerə verdilər
Bizi izləyin

Qırmızı.az

"Sovetski"də içərisində uşaq olan evi bulduzerə verdilər

İcra başçısı qadınları tutdurdu

Bakının “Sovetski” adlanan ərazisində evlərini müəyyən edilmiş şərtlərlə sökülməsilə razılaşmayan sakinlərin mənzillərinin söküntüsünə başlanılıb. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehtiyevin tapşırığı ilə sözügedən yerdə söküntü işlərinə ağır texnikalar cəlb edilib.


Ərazidə olan icra başçısı narazı olan sakinlərin polisə aparılması tapşırığını verib.


Yasamal rayon 26-cı Polis bölməsinin əməkdaşları texnikaların qarşısını kəsən 6 qadını bölməyə aparıblar. Qadınların biri qışqıraraq, körpə uşağın evdə yatdığını bildirib. Yalvarıb ki, “bulduzer”ə verilən evindən heç olmasa, uşağı çıxarsınlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm