Sularda Xilasetmə Xidməti valideynlərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Sularda Xilasetmə Xidməti valideynlərə müraciət etdi

Xəbər verdiyimiz kimi yay fəslinin son ayı iki ailəyə bədbəxtlik gətirdi. Bakıda bir gündə 5 uşaq dənizdə batdı. FHN-nin Dövlət Sularında Xilasetmə Xidmətinin verdiyi məlumata görə, bədbəxt hadisə avqustun 6- da Şüvəlan çimərliyində qeydə alınıb. Təxminən saat 20:00 radələrində Xəzər rayon Şimal DRESS qəsəbə sakinləri 14 yaşlı Aydan Fərzəliyevə, qardaşı 13 yaşlı Hüseyn Fərzəliyev, 10 yaşlı Kəmalə Əliyeva və onun qardaşları 9 yaşlı İlgün Əliyev, Fariz Əliyev Şüvəlan çimərliyində dənizdə çimərkən boğulublar.

Ən dəhşətlisi isə odur ki, batan uşaqların 3-ü bir ailənin, 2-si isə digər bir ailənin uşaqlarıdır. FHN-nin DSXX-nin axtarışları nəticəsində həmin uşaqlardan 4-nün meyidi avqustun 7-də tapılsa da, birinin meyiti bu gün tapılaraq valideynlərinə təhvil verilib.

Bu baradə Publika.az-a məlumat verən FHN-nin DSXX- nin Təbliğat və təşviqatsektorunun müdiri Mansur Priyevin sözlərinə görə avqustun 6-da baş verən bədbəxt hadisə qeyri-çimərlik sahəsində qeydfə alınıb ki, həmin ərazidə də FHN-nin DSXX tərəfindən xəbərdarlıq lövhələri asılıb:

“Bu gün səhər saat 07: 40 radələrində 2008-ci il təvəllüdlü Məmmədov Farizin meyiti tapılaraq təhvil verilib. FHN- nin Dövlət Sularında Xilasetmə Xidməti onun meyitini batdığı yerdən 5 km aralıda tapıb. Uşaqların batdığı yer qeyri-çimərlik sahəsidir və orda qadağanedici lövhələr də asılıb, vətəndaşlara xəbərdarlıq edilib ki, bu ərazilərdə çimmək olmaz. Həmin ərazidə sualtı qayalar, sualtı axınlar mövcuddur. Xilasetmə məntəqəsindən də 8 km uzaqdadır. Həmin ərazinin yaxınlığında yerləşən yaşayış massivi var, uşaqlar da həmin yaşayış massivindən çıxıb axşam saat 8 radələrində qeyri-çimərlik sahəsinə gəliblər. Həmin gün də hava küləkli olub. Evdəkilərin xəbəri olmadan, evdəkilər bilmədən uşaqlar gizli şəkildə gediblər həmin yerə. Bu da son nəticədə bədbəxt hadisənin baş verməsinə gətirib çıxarır. Biz həmişə valideynlərə deyirik, mətbuat vasitəsi ilə xəbərdarlıq edirik ki, uşaqlarınızı nəzarətsiz buraxmayın”.

Mansur Priyevin sözlərinə görə, rəsmi çimərlik ərazilərinin hər birində xilasetmə məntəqələri var. Ancaq qeyri-çimərlik sahələrinə tam olaraq nəzarət etməyin mümkünsüz olduğunu deyən M. Priyev bu işdə yerli icra orqanlarının da üzərinə böyük məsuliyyətin düşdüyünü bildirdi:

“Xəzər dənizinin 825 km sahil zolağı var, bundan əlavə Azərbaycanda saysız-hesabsız çaylar, su hövzələri mövcuddur. Onların hər birinin sahil zolağına hər 5 metrdən bir xilasetmə məntəqəsi qoymaq olmaz. Buna bizim imkanlarımız da çatmaz. Bizim rəsmi çimərlik ərazilərinin hər birində xilasedicilərimiz var. Qeyri-çimərlik ərazilərində də lövhələr asılıb, insanlara xəbərdarlıq edilir ki, bu ərazilərdə çimmək olmaz. Bundan əlavə bir yerli icra orqanları ilə iş aparırıq. Həmin ərazilərdə yerli icra orqanları, bələdiyyələr, yerli polis orqanları var. Onlar da yay aylarında həmin qeyri-çimərlik ərazilərində nəzarəti gücləndirməlidirlər. Ona görə də biz hər il rayonlarda müşavirələr keçiririk, həmin təhlükəli ərazilərin şəkillərini çəkib göstəririk, xəbərdar edirik ki, nəzarəti gücləndirin. Bundan əlavə təbliğat işləri aparırıq, qadağanedici lövhələr quraşdırırıq”.

Daha sonra valideyinlərə cağrış edən M. Priyev yay aylarında onları diqqətli olmağa çağırdı: “Burda valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Əgər azyaşlı uşaq suya girirsə, evdən gizli şəkildə çıxırsa, burda birbaşa valideyin günahkardı. Mən o batan uşaqların valideynlərinə, yaxınlarına Allahdan səbir diləyirəm. Üzücü bir hadisədir, bədbəxt bir hadisədir. Ancaq valideyn 18 yaşa qədər övladının sağlamlığına, təhlükəsizliyinə, tərbiyəsinə cavabdehlik daşıyır. İstənilən halda azyaşlı uşaqlara valideynlərin diqqəti artmalıdır. Ona görə də mən mətbuat vasitəsi ilə valideynlərə çağırış edirəm. Valideynlər su hövzələrinin kənarlarına, qeyri-çimərlik sahələrinə uşaqlarını nəzarətsiz buraxmasınlar”.

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm