Narkotik almaq üçün oğurluq etdi
Bizi izləyin

Qırmızı.az

Narkotik almaq üçün oğurluq etdi

Narkotikə görə oğurluq edən Abşeron rayon sakini tutulub. Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, Goradil qəsəbəsində Adil Abbasovun evindən pul oğurlayan Ramiz Əliyev saxlanılaraq istintaqa cəlb olunub. O, qonşusunun evdə olmamasından istifadə edib mənzilə daxil olub. Evi axtararkən əlinə keçən pulu götürüb, aradan çıxıb: “Evi axtardım, gördüm, şkafın yanında şalvar var. Əlimi atdım cibinə, icərisində olan 140 manat pulu götürdüm”.

Polis onu saxlayarkən R.Əliyevinin üzərindən narkotik də aşkarlanıb. Narkotik aludəçisi olan R.Əliyev oğurluq etməsini narkotikə olan təlabatı ilə izah edib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm