Açıq havada neçə saat qalmaq olar?
Bizi izləyin

Qırmızı.az

Açıq havada neçə saat qalmaq olar?

Açıq havada neçə saat qalmaq olar?

Ötən gecə də daxil olmaqlam təcili yardıma edilən çağırışların sayı 1600-ə yaxındır, bu da adi günlərə uyğundur. Müraciət dənlərdən 134 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Publika.Az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, müraciətlərin sayı adi günlərə uyğundur, travma alanların da sayında artım yoxdur:

“Bu axşam iki avtonəqliyyat hadisəsi ilə bağlı müraciət edilib. Onların bir nəfər kişi Sədərək dairəsində xəsarət almışdı, onu xəstəxanaya yerləşdirmişik. Bir nəfəri maşın vurmuşdu, həmin şəxs də travmatologiyaya yerləşdirilib. Bomjlar, küçədə yaşayan insanların donması faktı qeydə alınmayıb.

Çünki hava soyuyan zaman onlar əsasən binaların zirzəmisindən qalırlar. Travmalarla bağlı müraciətlərin sayında da artım qeydə alınmayıb”.

Z.Vahidova insanlara soyuq hava şəraitinə uyğun geyinməyi, uzun müddət açıq havada qalmamağı məsləhət gördü.

“Hər kəs təhlükəsizliyini özü qorumalıdır. Geyimləri hava şəraitinə uyğun olmalıdır.İsti geyimdə bir yerdə dayanmamaq şərtilə 2 saat açıq havada qalmaq olar. Əlbəttə, bu həm də onların səhhətindən də asılıdır.Soyuq hava insanların səhhətində problemlər yarada bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm