TQDK: "Yüksək bal toplayanlar jurnalistikaya qəbul olmaq istəmədilər"
Bizi izləyin

Qırmızı.az

TQDK: "Yüksək bal toplayanlar jurnalistikaya qəbul olmaq istəmədilər"

“Gələn ildən xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün orta ixtisas təhsili müəssisələrinə müsabiqə aparılacaq. Bu sahəyə sənəd verən gənclər üçün orta məktəblərdə buraxılış imtahanları bir qədər çətinləşəcək, onlar 3 fəndən imtahan verəcəklər”.

Publika.az-ın məlumatına görə, bu barədə tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Abbaszadə bildirib ki, bu il jurnalistika üzrə keçid balı 351-369 olub və bu nəticə bu cür proqnozlaşdırılmışdı. Onun sözlərinə görə, bu qaydalar təkmilləşdiriləcək:

“Bunu Mətbuat Şurası ilə birgə işləyəcəyik, onların təkliflərini nəzərə alacağıq. Gələn il qaydalarda müvafiq dəyişikliklər etməyə hazırıq. Jurnalistikaya qəbul üzrə keçirilən yazı müsabiqəsinə buraxılan 400-dən çox abituriyentin yalnız 150-si imtahana gəlib. Çünki yüksək bal toplayan uşaqlar öz seçimlərini etdilər və fikirlərini dəyişərək daha yüksək yerlərə qəbul olmağı seçdilər. Çünki onların qəbul olmaq istədikləri fakültə jurnalistika deyildi. Deməli, onların müsabiqədə yazdıqları yazıları da səmimi deyildi”.

Komissiya sədri bildirib ki, bu il ali məktəblərə sənəd verənlər arasında orta məktəblərdə keçirilən imtahanda “2” alanların sayı hələ tam bəlli olmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm