DİN-ə 2730 manat pul verildi
Bizi izləyin

Qırmızı.az

DİN-ə 2730 manat pul verildi

Təmiz dünya” Qadınlara Yardım və “XXI Əsrin Qadınları” ictimai birliklərinin birgə təşkil etdiyi xeyriyyə konserti zamanı insan alverinin qurbanları üçün 2730 manat toplanıb.

Bu barədə Axar.az-a “Təmiz dünya”Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib.

Məlumatda “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, ATƏT-in Bakı layihə koordinatorunun siyasi və hərbi layihə rəhbəri Təranə Bağırova, Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin rəhbəri Sərhan Ağtopraq, DİN-nin polis polkovnik-leytenantı Samir Qarayevin tədbirdə çıxış etdiyi bildirilib. Konsertin bədii hissəsində isə əməkdar artistlər Elza Seyidcahan və Lalə Məmmədova, muğam ifaçısı Əlyar Məmmədov, Şəhla Həmidova, Şaiq İbayev, Roza Zərgərli, “Ay işığı” rəqs qrupu iştirak edib. Sonda xeyriyyə konsertindən toplanmış vəsait rəsmən DİN-nin İnsan Alveri Qurbanlarına Kömək Fonduna köçürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm