Alimlər bölgələrdə ekspedisiyada olub
Bizi izləyin

Qırmızı.az

Alimlər bölgələrdə ekspedisiyada olub

Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vilayət Həsənovun rəhbərliyi ilə bu elm müəssisəsinin əməkdaşları Ağdaş, Bərdə və Tovuz rayonlarında ekspedisiyada olublar.

ANS PRESS-in məlumatına görə, Torpaqşünaslıq və Aqrokimya İnstitutundan verilən açıqlamada bildirilib ki, ekspedisiyanın məqsədi Kür çayı subasarında yayılmış allüvial-hidromorf və həmçinin düzən-meşə (tuqay) altından çıxmış təbii və suvarılan allüvialo-çəmən-meşə torpaq profillərinin morfogenetik quruluşunu, diaqnostik göstəricilərini və müasir münbitlik parametrlərini müqayisəli şəkildə müəyyən etmək və relyefin plastikası metodu əsasında xəritələşdirilməsi üzrə çöl-torpaq tədqiqatlarının aparılması olub.

Çöl-tədqiqatı zamanı Kür çayı subasarının orta və aşağı subasarında (Ağdaş, Tovuz və Ağstafa rayonları ərazilərində) seçilmiş “xarakter-etalon” tədqiqat ərazilərində ( Piraza, Qədirli, Salaxlı bataqlıqlarında) yayılmış allüvial-çəmən, çəmən-bataqlı, həmçinin təbii və suvarılan allüvial-çəmən-meşə torpaq sahələrində 1,5-2,0 metr dərinliyində torpaq kəsimləri qazılıb, GPS aparatı ilə kəsimlərin koordinatları göstərilib. Bununla yanaşı, tədqiqatlar zamanı torpaq profillərinin ayrı-ayrı genetik qatlarının morfoloji əlamətləri müəyyən edilərək xarakter kəsimlərin 5-6 genetik qatlarından laboratoriya analizləri üçün torpaq nümunələri götürülüb. Torpaq kəsimlərindən qrunt sularının səviyyəsi müəyyən edilməklə laboratoriya analizləri üçün nümunələr götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm