5 nəfər Kürdə batdı
Bizi izləyin

Qırmızı.az

5 nəfər Kürdə batdı

Azərbaycanda 5 nəfər çayda batıb.

ANS PRESS-in məlumatına görə, bədbəxt hadisə Şəmkirdə Kür qırağında yerləşən “Narınqala” istirahət mərkəzində baş verib.

İstirahət mərkəzinə dincəlməyə gələn 5 nəfər çimmək üçün caya girib. Suyun axınına tab gətirməyən insanların hamısı batıb.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Dalğıc-Axtarış Qrupu hadisə yerinə gəlib və beş nəfərin cəsədi sudan çıxarılıb.

Hazırda həlak olan insanların kimliyi araşdırılır.

Hadisə haqda əlavə məlumat olan kimi xəbər veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm