Lənkəranda qəza: 1 ölü, 3 yaralı
Bizi izləyin

Qırmızı.az

Lənkəranda qəza: 1 ölü, 3 yaralı

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə avqustun 8-də saat 21.30 radələrində Ələt-Astara magistralının 196-cı kilometrliyində qeydə alınıb.

Masallı rayonu istiqamətindən gələn “Kia Rio” markalı, 42 BP 418 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan AZENKO şirkətinə məxsus “KamAZ” markalı, 90 JN 632 dövlət nömrə nişanlı avtokranla toqquşub.

Güclü zərbə nəticəsində “Kia Rio” yanğına məruz qalıb, həmçinin onun sərnişinlərindən Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Lətafət Aslan qızı Əlizadə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Daha 3 nəfər – Lənkəran şəhər sakinləri, 1990-cı il təvəllüdlü Cavid Nurəli oğlu Qəmbərov, 1986-cı il təvəllüdlü Gülər Rövşən qızı Kərimova və 1983-cü il təvəllüdlü Füqanə Etibar qızı Zeynallı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Avtomobildə baş verən yanğın yoldan keçən şəxlərin müdaxiləsi ilə lokallaşdırılıb.

Faktla bağlı araşdırmalara başlanıb. /axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm