Azərbaycanlı Rusiyada polisə hücum etdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı Rusiyada polisə hücum etdi

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Primorsk bölgəsi üzrə mətbuat xidmətindən verilən məlumata görə Naxodkada vətəndaşın polisə hücum etməsi faktı yoxlanılır.

ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə “Zolotari” çimərliyinin işçisinin polisin üstünə hücum etməsi barədə zəng daxil olub. Dərhal hadisə yerinə polis şöbəsinin operativ istintaq qrupu göndərilib.

Məlum olub ki, 25 yaşlı azərbaycanlı «Subaru Legacy» avtomobilni idarə edərək qəsdən polis əməkdaşının üzərinə sürüb və daha sonra polisləri davaya təhrik edib. Məlumata görə mübahisəyə səbəb polis əməkdaşlarının azərbaycanlının çimərlik ərazisinə girənlərdən qanunsuz yolla pul alması faktını, inzibati xəta haqqında protokolda qeyd etməsi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm