Elektron siqaret can aldı
Bizi izləyin

Qırmızı.az

Elektron siqaret can aldı

Böyük Britaniya vətəndaşı elektron siqaretini cərəyanla qidalandırarkən həyatını itirib.

ANS PRESS-in məlumatına görə, cihaz qəfildən partlayaraq mərhumun istifadə etdiyi oksigen konsentratorunu yandırıb.

62 yaşındakı David Tomsonun cəsədi yaşadığı mənizlin qonaq otağında tapılıb. Yanğınsöndürmə xidməti gələrkən yanğın artıq söndürülmüşdü.

Mərhumun belə bir səbəbdən ölməsi hələlik araşdırılır.

"Yanğın səbəblərinin tədqiqi hələ də davam edir. Lakin ilkin ehtimala görə elektrik qidalandırıcısının siqaret üçün nəzərdə tutulmadığı ehtimal olunur.”- deyə yerli yanğınsöndürmə xidmətinin nümayəndəsi hadisəyə şərh verir.

Qeyd edək ki, bu ilin yanvarından təkcə Mersisaytda elektron siqaretlərin törətdiyi 9 yanğın hadisəsi qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm