Dövlət Sularında Xilasetmə Xidməti əhaliyə çağırış etdi
Bizi izləyin

Qırmızı.az

Dövlət Sularında Xilasetmə Xidməti əhaliyə çağırış etdi

Fövqəladə Hallar Nazirliyi 2014-cü il ərzində ölkədə su hövzələrində baş verən boğulma hadisələrinin səbəbləri açıqlanıb.

Dövlət Sularda Xilasetmə Xidmətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, çimərlikdə və ya çimmək üçün qadağan olunan dəniz sahilində, kanal, göl sahilində yeyib-içib sərxoş olan insan elə həmin ərazidə çimmək istəyir. Təəssüflər olsun ki, bu da çox zaman suda boğulmalarla nəticələnir.

DSXX-nin verdiyi məlumata görə, yay aylarında baş verən boğulma hadisələrinə əsas səbəb insanların qeyri-çimərlik sahələrinə üz tutmasıdır: “Şəhərdən qonaq gələn (və ya kənddən) gənclər, yeniyetmələr sərinlənmək üçün tanımadıqları su hövzələrinə baş vururlar. Nəticə isə həmişə nikbin olmur.

Uşaqlarda onları heç kim görməsin deyə su hövzələrində çimmək həvəsi də məlumdur. Yaxud çimərliyə gələn şəxs dəfələrlə xilasedicilərin onlara xəbərdarlıq etməsinə baxmayaraq, uzağa üzür, qadağanedici lövhələrə məhəl qoymur. Bu kimi faktlar, adətən, faciə ilə nəticələndiyi üçün daim diqqət mərkəzində saxlanılmalıdır”.

Bədbəxt hadisələrin qarşısını almaq üçün FHN-nin Dövlət Sularda Xilasetmə Xidməti insanları diqqətli olmağa, qadağan edilmiş su hövzələrinə, qeyri-çimərlik sahələrinə girməməyə çağırır.

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm