Qırmızı.az
Az ağır və yüngül xəsarət növlərinin siyahısı təsdiqləndi
Azərbaycan hökuməti az ağır və yüngül xəsarət növlərinin siyahısını təsdiq edib.
Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, sağlamlığın 21 gün və
daha uzun müddətdə pozulması ilə nəticələnən, ümumi əmək
qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (10%-dən 33%-ə
qədər), dayanıqlı itirilməsi ilə nəticələnən xəsarətlər az ağır
xəsarətlər hesab ediləcək.
Sağlamlığın qısa müddətdə (21gündən az) pozulmasına səbəb olan
xəsarətlər, 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın
fraqmentlərinin yerini dəyişməyən sınığı, burun sümüyünün cərrahi
müdaxilə tələb etməyən deformasiyasız sınığı, əl və ayaq
barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən,
qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və
3-cü barmaqları istisna olmaqla), cərrahi tikilən və ya cərrahi
tikişə ehtiyacı olan yaralar, baş beyin silkələnməsi, sağlamlığı
qısa müddətə pozan digər zədələnmələr, əmək qabiliyyətinin cüzi
(10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr yüngül
xəsarətlər hesab ediləcək.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL