80 yaşlı kişi özünü güllələdi
Bizi izləyin

Qırmızı.az

80 yaşlı kişi özünü güllələdi

Şəmkir rayonunda yaşlı kişi özünü güllələyib. Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, 80 yaşlı Alı Alıyev evdən götürdüyü ov tüfənginin lüləsini qarın boşluğuna sıxaraq özünə qəsd edib.

Hadisə yerinə gələn polis və prokurorluq orqanları əməkdaşları araşdırmaya başlayarkən müəyyən ediblər ki, o, uzun müddət həm xəstəlikdən əziyyət çəkib, həm də görmə qabiliyyətini xeyli itirib. Buna görə də bezərək özünü dəfələrlə öldürməyə cəhd göstərib.

Məlumata görə, bir neçə dəfə balta ilə özünə xəsarət yetirmək istəsə də, ailənin üzvləri onu vaxtında xilas edə bilib.

Polis bildirib ki, həmin ov tüfəngi A.Alıyevin özünə məxsus olub.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm