Velosibetlə “VAZ” toqquşdu: 14 yaşlı yeniyetmə öldü
Bizi izləyin

Qırmızı.az

Velosibetlə “VAZ” toqquşdu: 14 yaşlı yeniyetmə öldü

İmişlidə 14 yaşlı yeniyetmənin ölməsi ilə nəticələnən yol qəzası baş verib.

Rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, hadisə məcburi köçkünlərin yaşadığı qəsəbədə qeydə alınıb.

"VAZ-21011" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb, sonra da səkinin kənarında velosiped sürən, 14 yaşlı Ceyhun Fətəliyevi vurub.

Yaralı baş-beyin travması ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, beyinə qan sızması səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm