14 yaşlı uşaq yaşlı idmançını öldürdü
Bizi izləyin

Qırmızı.az

14 yaşlı uşaq yaşlı idmançını öldürdü

14 yaşlı uşaq oğurluq etmək üçün ev sahibini öldürüb. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 14 yaşlı Ş. N.-nin cinayətə əl atmasının səbəbləri məlum olub. Belə ki, 14 yaşlı uşaq Sakaryada Adapazarı ərazisində kirayədə yaşayan 83 yaşlı Cəlal Gəmiçinin evinin qarşısında olan motosikleti oğurlamaq istəyib. Bunu görən yaşlı kişi Ş.N.-ə müdaxilə edib. Lakin Ş.N yaşlı kişiyə müqavimət göstərərək onu vintaçanla öldürüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisə yerindən qaçan 14 yaşlı uşaq bir müddət sonra polis tərəfindən tutulub.

Polisin araşdırmasından sonra o da müəyyən edilib ki, Cəlal Gəmiçi köhnə milli güləş məşqçisi olub.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm