Bakıda 1 yaşlı körpə qəzada yaralandı
Bizi izləyin

Qırmızı.az

Bakıda 1 yaşlı körpə qəzada yaralandı

Nərimanov rayonunda zəncirvari yol qəzası azyaşlı körpənin xəsarət almasına səbəb oldu. Nərimanov Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Bakı çəhər sakini Orxan Hüseynzadənin idarə etdiyi “VAZ 2107” markalı avtomobil Aqil Abdullayevin idarə etdiyi “Daewoo” markalı avtomobillə çırpılıb. Nəticədə “Daewoo”da olan sərnişinlər, sürücünün həyat yoldaşı və 1 yaşlı oğlu xəsarət alıb. Onlar dərhal xəstəxanaya çatdırılıb.

Əraziyə gələn polis əməkdaşları hadisənin “VAZ 2107” markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını həyata keçirməsi səbəbindən baş verdiyini müəyyən edib.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm