Bakıda namus davası: 1 ölü, 1yaralı - Təfərrüatlar
Bizi izləyin

Qırmızı.az

Bakıda namus davası: 1 ölü, 1yaralı - Təfərrüatlar

Binəqədi rayonunda ölümlə nəticələnən hadisə baş verib. Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb. Elnur Tahirov Beyləqan rayon sakinləri Rəşad Əliyev və Səyavuş Orucova bıçaqla çoxsaylı xəsarətlər yetirib. Yaralılar müxtəlif bədən xəsarətləri ilə 1 saylı Şəhər Xəstəxanasına aparılsa da, R.Əliyev orada ölüb. Digər yaralı isə əməliyyat olunub, hazırda reanimasiyadadır. Hadisəni törədən E.Tahirov 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqa ifadə verən E.Tahirov yaşadığı Rəsulzadə qəsəbəsində bərbər işlədiyini, həmin şəxsləri qiyabi tanıdığını bildirib. Onun sözlərinə görə, Rəşad Əliyev və Səyavuş Orucov salona gələrək ona ilişib: “İkisi də içkili olduğuna görə əhəmiyyət vermədim, sakitcə yola saldım getdilər. Mən də evə getdim. Bir az sonra eşitdim ki, həyətdə, yaşadığım binanın qarşısında səs gəlir. Eyvandan baxanda gördüm, anamın qarşısını kəsib məni soruşurlar və anamla mübahisə edirlər. Gördüm ki, bunlar əl çəkmək istəmirlər. Eyvandan səsləndim ki, nə lazımdı sizə, gəlirəm. Dedi ki, arvadını aparmağa gəlmişik. Əsəbiləşib bıçağı götürüb həyətə necə düşdüyümü xatırlamıram. Çatan kimi bıçağı soxdum. Amma neçəsi dəydi, bilmədim. Mən namaz qılan adamam, belə işlərlə aram yoxdu. Amma mənim namusuma toxunanın payını verməliydim”.

Binəqədi Rayon Prokurorluğunda E.Tahirov barəsində cinayət işi başlanıb. Hadisənin təfərrüatları araşdırılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm