Xınadan qayıdanlar qəzaya düşdü
Bizi izləyin

Qırmızı.az

Xınadan qayıdanlar qəzaya düşdü

Xına mərasimindən qayıdanlar qəzaya düşüb.

ANS TV-nin məlumatına görə, ağır yol qəzası Lənkəranda baş verib. Ələt - Astara magistralının 196 km-də, yolun Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində Lənkəran şəhər sakini 24 yaşlı Cavid Qəmbərov idarə etdiyi “Kia Rio” markalı avtomaşınla Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətindən gələn Neftçala rayon sakini 25 yaşlı Ayaz Hacıyevin idarə etdiyi “KamAZ”la toqquşub.

Güclü zərbə nəticəsində “Kia Rio”da yanğın başlayıb. Avtomobildə baş verən yanğın yoldan keçən şəxslərin müdaxiləsi ilə lokallaşdırılıb.

Baş verən ağır yol qəzası nəticəsində minik maşınında olan sərnişinlərdən biri, Lənkəran şəhər sakini 20 yaşlı Lətifə Əlizadə aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sürücü və digər sərnişinlər 28 yaşlı Gülər Kərimova və 31 yaşlı Füqanə Zeynallı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm