Qırmızı.az
SOCAR Türkiyənin media sektorundan çıxır
SOCAR Türkiyə” media sektorundan çıxır.
ANS TV-nin məlumatına görə, SOCAR Türkiyə şirkətinin baş direktoru
Kənan Yavuz Reuters agentliyinə açıqlamasında bildirib ki, “Star
Media” qrupda malik olduqları 50% payı satacaqlar. Bu məqsədlə
əvvəl həmin holdinqin ortağı olmuş və hissələrini SOCAR-a satmış
Fəttah Tamincə ilə danışıqlara başlanıb.
Kənan Yavuzun sözlərinə görə, bu addımın əsas məqsədi bütün diqqəti
ölkədəki iri layihələrə cəmləşdirməkdir. Beləliklə, SOCAR
Türkiyənin media sektorundan tam çıxacaq.
Kənan Yavuz
Qeyd edək ki, “Star Media” qrupa eyniadlı qəzet və “Kanal 24”
televiziyası aiddir. Dövlət Neft Şirkəti ötən ilin mayında bu
holdinqdə pay almışdı. Həmin vaxt SOCAR-ın bu addımı birmənalı
qarşılanmamışdı. Dövlət Neft Şirkətinin Türkiyədəki əsas fəaliyyəti
“Petkim” neft-kimya kompleksi, konteyner limanı və Star neft emalı
zavodunun tikintisidir.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı