Zaqatala Dövlət Təbiət Qoruğu yanır
Bizi izləyin

Qırmızı.az

Zaqatala Dövlət Təbiət Qoruğu yanır

Zaqatala Dövlət Təbiət Qoruğunun 4 saylı dolayında yanğın başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, naməlum səbəblərdən başlayan yanğınla bağlı dərhal nazirliyin bütün qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hadisə yerinə cəlb olunub.

Yanğın 1 hektara yaxın ərazini əhatə edir və hazırda ETSN-in və FHN-in əməkdaşları yanğının söndürülməsi üçün operativ tədbirlər görürlər.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır. /virtualaz.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm