Naxçıvanda müharibə iştirakçılarına maşın verildi
Bizi izləyin

Qırmızı.az

Naxçıvanda müharibə iştirakçılarına maşın verildi

Bu gün Naxçıvan şəhərində 10 müharibə iştirakçısına, 7 müharibə iştirakçısına bərabər tutulan şəxsə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 3 nəfərə “NAZ-Lifan-320” markalı 20 minik avtomobili təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov qeyd edib ki, 2014-cü ilin 7 ayı ərzində 88 nəfərin Əlillərin Bərpa Mərkəzində, sağlamlıq imkanları məhdud 192 uşağın isə Uşaq Bərpa Mərkəzində müalicəsi təşkil edilib. Bu dövr ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan 78 şəxs işlə təmin edilib, sağlamlıq imkanları məhdud 20 nəfər peşə hazırlığı kurslarına cəlb olunub.

Fiziki imkanları məhdud şəxslərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər görülüb, müharibə və Çernobıl əlillərinə, habelə müharibə əlillərinə bərabər tutulan 40 nəfərə minik avtomobili verilib. Hazırda bu kateqoriyadan olan 2 vətəndaş üçün fərdi yaşayış evinin tikintisi davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm