Bakıda daha bir qətl
Bizi izləyin

Qırmızı.az

Bakıda daha bir qətl

Bakıda qətl törədilib.

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 9-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb.

Beyləqan rayon sakinləri Rəşad Əliyev və Səyavuş Orucov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. R.Əliyev aldığı xəsarətdən orada dünyasını dəyişib.

İlkin araşdırmalar nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəxsin M.Ə.Rəsulzadə qəsəbə sakini Elnur Tahirov olduğu müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. Tahirov tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm