Təyyarə kompüterə görə təcili eniş etdi
Bizi izləyin

Qırmızı.az

Təyyarə kompüterə görə təcili eniş etdi

Türkiyə Hava Yolları təyyarəsi naməlum kompüter səbəbilə təcili eniş edib.

ANS PRESS-in məlumatına görə, hadisə Brüssel-İstanbul səfərini həyata keçirən təyyarədə baş verib. Sofiya hava limanına təcili eniş edən təyyarədə Bolqarıstanda yoxlamalar aparılıb.

Bolqar təhlükəsizlik orqanları təyyarədə hər hansı bir bomba olmadığını və şübhəli cihazın idarəsi zamanı sərnişinlərin bir müddət üçün təyyarədən evakuasiya edildiyini açıqlayıb.

Bolqarıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məsələ ilə bağlı açıqlama verib.

Nazirlikdən bildirilib ki, təhlükəli bir vəziyyət olmadığından təyyarənin İstanbula doğru səfəri davam etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm