"Facebook”a daxil ola bilməyənlər polis çağırdılar
Bizi izləyin

Qırmızı.az

"Facebook”a daxil ola bilməyənlər polis çağırdılar

Bu yaxınlarda “Facebook” sosial şəbəkəsində yaranan problem bu şəbəkənin ABŞ-dakı aludəçilərini qəribə addım atmağa məcbur edib.

Belə ki, “Facebook” istifadəçilərinin bəziləri hesablarına daxil ola bilmədikləri üçün polisə zəng ediblər.

Polis isə “Facebook”a daxil ola bilmədikləri üçün müraciət edənlərin çoxluğundan açıqlama yaymaq məcburiyyətində qalıb.

Los Anceles polisinin açıqlamasında “Facebook”un nə vaxt geri dönəcəyini bilmədikləri qeyd olunub və bu mövzu ilə bağlı polisə müraciət etməmək məsləhət görülüb. (gun.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm