9 yaşlı qızın gözünə qayçı girdi
Bizi izləyin

Qırmızı.az

9 yaşlı qızın gözünə qayçı girdi

Oyun oynayan uşağın yıxılması bədbəxt hadisəyə səbəb olub.

Axar.az xəbər verir ki, hadisə Türkiyənin Nevşəhər əyalətində baş verib. Evlərində oyun oynayan 9 yaşlı Əsra oyun zamanı yerə yıxılıb. Bu zaman yerdə olan qayçı onun gözünə girib.

Xoşbəxtlikdən qayçının bir ucu sağ gözünün altındakı sümüyə, o biri ucu isə burnuna girib.

Doqquz yaşlı Əsranı Nevşəəhər Dövlət Xəstəxanasına çatdırıblar. Əməliyyat edilərək çıxarılan qayçı 9 yaşlı uşağın üzü və gözündə ciddi problemə səbəb olmayıb. Əməliyyatdan sonra 1 gün xəstəxanada qalan Əsra evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm