FHN yanğına görə helikopterləri havaya qaldırdı
Bizi izləyin

Qırmızı.az

FHN yanğına görə helikopterləri havaya qaldırdı

Bu dəqiqələrdə Lerik rayonu ilə Masallı rayonu arasında dağlıq ərazidə yerləşən meşə zolağında güclü yanğın başlayıb.

ANS PRESS-in məlumatına görə, hadisə yeri dağlıq ərazi olduğu üçün ora yanğınsöndürən maşınların qalxmasında çətinlik yaranır.

Bu səbəbdən də, yanğının söndürülməsi üçün aviasiya dəstəyindən istifadə olunur. Hazırda 2 helikopterlər yanğın olan ərazidədir.

Qeyd edək ki, hava küləkli olduğu üçün yanğının söndürülməsində çətinlik yaranıb. Hazırda alovun ram edilməsi üçün işlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm