2 hektar ərazi yandı
Bizi izləyin

Qırmızı.az

2 hektar ərazi yandı

Ötən gün saat 16 radələrində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qəriblər meşəbəyliyinin 6A saylı dolayında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yanğın naməlum səbəblərdən baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hadisə yerinə cəlb olunmuş müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində bu gün səhər saat 9 radələrində söndürülüb.

Yanğın nəticəsində 2 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm