Söyüş üstündə qətl
Bizi izləyin

Qırmızı.az

Söyüş üstündə qətl

Şəmkir rayonunda bir nəfərin qətlə yetirilməsi, digərinin yaralanması ilə nəticələnən hadisə baş verib.

Şəmkir Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisə dünən günorta saatlarında rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini Əzəmət Həsənovla Ağsu şəhər sakini Tural Ələkbərov arasında mübahisə olub. Hər iki şəxs bir-biri ilə əlbəyaxa dava etdikdən sonra bıçağa əl atıblar. Nəticədə, T.Ələkbərov hadisə yerində ölüb, Ə.Həsənov isə bədənin müxtəlif hissələrindən aldığı bıçaq xəsarəti ilə rayon xəstəxanasına yerləşdirilib.

Şahid ifadələrinə görə, cinayət söyüş üstündə olub.

Qətlin təfərrüatları araşdırılır. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm